Rəsul Ordubadlı
  Maraqlı xəbərlər
 

XƏBƏR 1.83 yaşlı qoca 72 ildir hec bir şey yemir

 

 

Hindistanlı yoqun orqanizmində heç bir pozuntu aşkar edilməyib

Hindistanda 72 il ac qalan kişi yaşayır. Hindistanlı tibb ekspertləri bu qocanı fenomenal insan hesab edirlər. Çünki 83 yaşlı Praxlad Cani 11 yaşından nə yeyir, nə də içir. 

Parxlad Caninin asket, tərkidünya olduğu və yoqa ilə məşğul olduğu bildirilir. O, mağarada yaşayır və lazım gəldikdə alimlərin analizləri, prosedurları, tədqiqatlarını olan dəvətləri də qəbul edir. 

83 yaşlı qocanı müayinə edən həkimlər onun orqanizmində heç bir pozuntu aşkar etməyiblər. Ən qəribəsi isə odur ki, Parxlad Cani heç ayaqyoluna da getmir. Onun sözlərinə görə, sonuncu dəfə ayaqyoluna 1940-cı ildə -11yaşı olanda gedibmiş. 

İki il bundan öncə alimlərin təklifi ilə 2 həftə ərzində müayinə olunub. Fiziologiya və Əlaqədar Elmlər üzrə Müdafiə İnstitutu bütün sukta ərzində telekameralar və onların tibb ekspertinin nəzarətində olub. Həkimlərin Parxald Caninin metabolizm, enerjimübadiləsini, DNK-nı da yoxlayıblar. İnstitutun həkimi İlavejaqanın sözlərinə görə, bioloji və fiziki göstəricilərinə görə Cani adi inslardan təxminən heç nəyi ilə fərqlənmir. Sadəcə olaraq ayaqyoluna getmir, nə yeyir, nə də içir. 

Neyrofizioloq isə bildirib ki, 2 həftə ərzində 83 yaşlı kişi yemək və maye qəbul etməyib, ancaq dəstnamaz şəkildə yuyunub, ağzını yaxalayıb, lakin su içməyib. 

Lakin hindistanlı həkimlərdən fərqli olaraq qərbli ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar. Avstraliyanın Vollonqonq universitetinin qidalanma üzrə eksperti Ann MakMaxon hesab edir ki, Praxlad sadəcə olaraq meditasiyanın möcüzələrini göstərir. Məhz bunun sayəsində gah 10, gah da14 gün qidalanmadan yaşa bilir. Adi insanda isə bu 4 gün davam edir. Avstraliyalı mütəxəssis 72 illik aclığa gəldikdə isə bunun nağıl olduğunu düşünür. Ann M ikihəftəlik yoxlamaların kifayət etmədiyini deyir. Bəzi hindistanlı təbiblər də P. Caninin hansısa hiylədən istifadə etdiyini düşünürlər. Alimlər hesab edir ki, Canidən orqanimzdə metabolizmin alternativ yollarını öyrənmək lazımdır: “Çünki bu, ekstremal şəraitdə olan hərbçilər və astronavtlara üçün faydalı ola bilər”

XƏBƏR 2.Dünyanın ən hündür körpüsü

Dünyanın ən hündür körpüsü

 



















Bu günlərdə Meksikanın qərbində Duranqo və Sinaloa ştatları arasındakı avtomobil yolu üzərində dünyanın ən hündür El Puente Baluarte asma körpüsünün açılışı olub. Təntənəli açılış mərasimində ölkənin prezidenti Felipe Kalderon da iştirak edib. Yeni rekordçu körpü "Şeytanın onurğası" dərəsi üzərindən keçir. Onun uzunluğu 1124 m, eni isə, təqribən 20 m-dir. Dərə üzərindən körpünün hündürlüyü 402 metrdən çoxdur. Körpüdə hər tərəfə iki olmaqla 4 hərəkət zolağı vardır. Prezident Kalderonun bildirdiyinə görə, körpü artıq Ginnesin Rekordlar Kitabının mütəxəssisləri tərəfindən dünyada bu cür ən hündür körpü hesab edilib. Körpünün tikintisinə qoyulan sərmayənin həcmi 2.180 milyard pesodur (161.5 dollar) ki, bu da ölkənin kommunikasiya və nəqliyyat naziri Dionisio Peres Hakomenin sözlərinə görə, Meksika tarixində yol infrastrukturuna sərf olunan ən böyük məbləğdir. Körpünün tikintisinə 2008-ci ilin fevralında başlanılıb.

XƏBƏR 3.Buz dağı




The Daily Mail xəbər verir ki, yaxın vaxtlarda Antarktidadan Nyu-York şəhəri böyüklükdə nəhəng aysberqi qopa bilər.

Bu çatlar böyük buzlu lövhələrin toqquşması nəticəsində yaranıb. Artıq bir neçə aydır ki,"Terra" peyki çatın inkişafını müşahidə edir və təsdiq edir ki, o dərinə gedir və genişlənir. Proqnozlaşdırılır ki, ən yaxın aylarda tam sınmanın baş verməsi nəticəsində nəhəng aysberq yaranacaq və Amundsena dənizinə doğru irəliləyəcək
Məlumdur ki, aysberqlər iqlimə böyük təsiri göstərir. Onların hərəkəti suyun temperaturunu dəyişir.O həmçinin dünya okeanının sularında axınlarda təsir edə bilər.Və nəticədə böyük sunamilər yarana bilər.
Bu hadisənin baş verəcəyi təqdirdə sahilyanı ölkələrin də zərər görəcəyi istisna deyil.

 

 
  Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol